Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətində açıq sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazilərin minalanmış olması və küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirsə də, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar tam nəzarətə götürülərək söndürülüb.

