Ağstafada məktəbdə döyülən müəllim danışdı – Video

Ağstafada məktəbdə döyülən müəllim danışdı – Video

Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında əlbəyaxa dava baş verib.

Xəbər Yerində xəbər verir ki, hadisə zamanı xəsarət aldığını iddia edən ibtidai sinif müəllimi Pərvanə Məmmədova insidentin təfərrüatlarını açıqlayıb.

Müəllimin sözlərinə görə, mübahisə məktəbdə şagirdlərlə bağlı məsələni araşdırmaq istəməsindən sonra başlayıb.

“Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı”, – deyə P.Məmmədova bildirib.

O, mübahisə zamanı həmkarının onu hədələdiyini və telefonuna zərər vurduğunu iddia edib.

“Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu”, – deyə müəllim qeyd edib.

Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.

“Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır”, – deyə valideynlərdən biri bildirib.

Mənbə: BakuTv

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir