Bakının Nizami rayonunda yerləşən 10 nömrəli məktəbin həyətində bıçaqlanaraq öldürülən Anarla bağlı yeni məlumatlar əldə edilib.
Xəbər Yerində xəbər verir ki, əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Ayxan saxlanılıb.
Məlumata əsasən, Ayxan 9-cu sinifdə oxuyurmuş və Anarla eyni məktəbin — 10 nömrəli məktəbin şagirdi olub.

Anarın ailəsində daha bir ağır itki
Əldə etdiyimiz məlumata görə, Anarın qardaşı da təxminən 10 il əvvəl vəfat edib. Bildirilir ki, o zaman Anarın qardaşı cəmi birinci sinifdə oxuyurmuş.

Ayxanın ailəsi ilə bağlı iddia
Hadisə ilə bağlı daha bir iddia da yayılıb. Əldə etdiyimiz məlumata görə, Ayxanın ailəsi onun psixoloji və sağlamlıq vəziyyəti ilə bağlı həkimlərə və psixoloqlara müraciət edərək xəstəlik barədə sənəd almağa çalışır.
Hazırda bu məlumatın rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyi məlum deyil.
Hadisənin motivi, tərəflər arasında münasibət və Ayxanın psixoloji vəziyyəti ilə bağlı məsələlər araşdırılır.
Qeyd edək ki, hadisə Nizami rayonunda yerləşən 10 nömrəli məktəbin həyətində baş verib. Anar bıçaq xəsarətləri nəticəsində həyatını itirib.





