Aqrarkreditin 44 əmlakından 3-ü satıldı – qiyməti də ucuzlaşdırıldı

Aqrarkreditin 44 əmlakından 3-ü satıldı – qiyməti də ucuzlaşdırıldı

Xəbər Yerində xəbər verir ki, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan üç qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılıb.

Məlumata görə, əmlaklar Bakının Xətai rayonunda yerləşir.

Sentyabrın əvvəlində təşkilatın balansındakı 44 daşınmaz əmlak satışa çıxarılıb. Həmin əmlakların ümumi ilkin qiyməti 10 milyon manatdan artıq olub.

Hərraca çıxarılan əmlaklardan yalnız üçü satılıb. Satış zamanı onların qiyməti 10 faiz aşağı salınıb və nəticədə üç qeyri-yaşayış sahəsi ümumilikdə 223 min 542 manata alınıb.

Qeyd edək ki, “Aqrarkredit”in fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Təşkilatın sabiq rəhbəri Məmməd Musayev və bir neçə sahibkar cinayət məsuliyyətinə cəlb olunub.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir