Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfər batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 2003-cü il təvəllüdlü Ramin İmanqulu oğlu İsmayıllı xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

