Artıq Apple modellərinə icarəyə götürmək olacaq

Artıq Apple modellərinə icarəyə götürmək olacaq

Apple elektron cihazların bahalaşdığı və istifadəçilərin telefonlarını daha uzun müddət saxladığı bir dövrdə məhsullarını daha əlçatan etmək üçün yeni icarə proqramına başlayır.

Şirkət ödəniş platforması Klarna ilə əməkdaşlıq çərçivəsində ABŞ-da avqustun 5-dən etibarən yeni xidməti mağazalar, rəsmi sayt və Apple Store tətbiqi vasitəsilə təqdim edəcək.

Yeni proqram çərçivəsində iPhoneApple Watch modellərini 12 və ya 24 aylıq, MaciPad modellərini isə 24 və ya 36 aylıq müddətə icarəyə götürmək mümkün olacaq.

Proqrama iPhone 17 seriyası, iPhone Air, Apple Watch Series 11, Apple Watch Ultra 3, MacBook Air, MacBook Pro, iMac, Mac Studio, iPad Air, iPad ProiPad Mini daxildir. Daha büdcə modelləri isə bu siyahıya daxil edilməyib.

Bu yenilik Apple-ın əvvəlki iPhone Upgrade Program proqramını əvəz edir. Yeni sistem istifadəçilərə daha aşağı aylıq ödəniş və daha çevik şərtlərlə müxtəlif Apple cihazlarından istifadə imkanı yaradacaq. Ən ucuz iPhone icarəsi aylıq 17,99 dollar, əvvəlki yeniləmə proqramında isə aylıq ödəniş təxminən 42 dollar idi.

Analitiklər hesab edirlər ki, bu proqram istifadəçilərin iPhone və Mac alışına böyük birdəfəlik xərc kimi deyil, aylıq abunə xidməti kimi yanaşmasına kömək edəcək. Araşdırmalara görə, amerikalılar artıq telefonlarını orta hesabla 22 ay istifadə etdikdən sonra yeniləyirlər.

Yeni proqram sentyabrda gözlənilən iPhone təqdimatından əvvəl elan olunub. Ekspertlər Apple-ın bu il indiyədək ən bahalı smartfonu hesab edilən ilk qatlanan iPhone modelini təqdim edəcəyini və qiymətlərin daha da artacağını proqnozlaşdırırlar. Buna görə də şirkətin yeni icarə modeli satışları və cihazların yenilənmə tempini qorumağa xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir