Asya Əlizadə ilə oxuduğu mahnı başına bəla oldu – Lvbel C5 saxlanıldı

Asya Əlizadə ilə oxuduğu mahnı başına bəla oldu – Lvbel C5 saxlanıldı

Lvbel C5 saxlanılıb: məhkəmə reperə gözlənilməz öhdəlik qoydu

Xəbər Yerində Qafqazinfo-ya istinadla xəbər verir ki, Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi “K….” mahnısının sözlərinə görə saxlanılıb.

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində Bodur prokurorluqda ifadə verib.

Prokurorluq reperi “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərib.

Bodur ifadəsində ittihamları qəbul etməyib. O, mahnının sözlərini təxəyyülünə əsasən yazdığını bildirib:

“Mən xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”.

Reper şikayətlərdən xəbər tutan kimi mahnını rəqəmsal platformalardan sildiyini də qeyd edib.

Məhkəmə prokurorluğun həbs tələbini rədd edərək Bodur barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki dəfə polis idarəsində imza vermək öhdəliyi müəyyənləşdirilib.

Bununla yanaşı, məhkəmənin qərarında diqqətçəkən başqa bir məqam da yer alıb. Reperə türk ədəbiyyatı üzrə təhsilini davam etdirmək məcburiyyəti qoyulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir