Finlandiyada keçirilən TeamGym üzrə Avropa çempionatında gənc kişilərdən ibarət Azərbaycan komandası final mərhələsinə vəsiqə qazanıb.
Xəbər Yerində İdman.Biz-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gənc gimnastlarımız təsnifat mərhələsində 39,025 xal toplayaraq finala yüksəlməyi bacarıblar.

