Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək.
Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə iki qarşılaşmada meydana çıxacaq.
Yığma ilk olaraq saat 12:45-də Andorra seçməsi ilə üz-üzə gələcək. Azərbaycan millisinin ikinci rəqibi isə Avstraliya komandası olacaq. Bu görüş saat 19:30-da başlayacaq.
Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatındakı ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq.

