Azərbaycan nefti 109 dolları keçdi – Kəskin bahalaşma

Azərbaycan nefti 109 dolları keçdi – Kəskin bahalaşma

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 8,54 ABŞ dolları və ya 8,5% bahalaşaraq 109,10 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl “Azeri Light” markalı neftin bir bareli 100,56 ABŞ dollarına satılırdı.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcədə nəzərdə tutulan göstəricidən 44,10 dollar yüksəkdir.

Mənbə:Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir