Azərbaycana Qərbi Avropadan gələn turistlərin sayı artıb

Azərbaycana Qərbi Avropadan gələn turistlərin sayı artıb

2026-cı ilin yanvar-avqust aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Qərbi Avropa ölkələrindən Azərbaycana ümumilikdə 71 845 turist səfər edib. 2025-ci ilin eyni dövründə bu göstərici 67 489 nəfər olub.

Ən çox turist Almaniyadan gəlib

Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin ölkələr üzrə bölgüsü belədir:

  • Almaniya – 17 529 nəfər (+13,8%);
  • Böyük Britaniya – 16 213 nəfər (+3,4%);
  • İtaliya – 9 670 nəfər (+4,7%);
  • Fransa – 4 500 nəfər (+3,6%);
  • İspaniya – 4 468 nəfər (-7,6%);
  • Niderland – 4 189 nəfər (+8,7%);
  • Portuqaliya – 2 055 nəfər (+23,8%);
  • Belçika – 2 044 nəfər (+11,2%);
  • Avstriya – 2 026 nəfər (+5%);
  • İsveç – 1 878 nəfər (+10,1%);
  • İsveçrə – 1 630 nəfər (+11,7%);
  • Yunanıstan – 1 291 nəfər (-15,5%);
  • İrlandiya – 1 132 nəfər (+2,4%);
  • Norveç – 972 nəfər (-3,4%);
  • Danimarka – 953 nəfər (+32,7%);
  • Finlandiya – 599 nəfər (+7,3%);
  • Lüksemburq – 260 nəfər (-15%);
  • İslandiya – 207 nəfər (+39,9%);
  • Malta – 176 nəfər (+6%);
  • Andorra – 53 nəfər (+341,7%).

Almaniya və Böyük Britaniya TOP-15-də yer alıb

2026-cı ilin avqust ayında Azərbaycana gələn əcnəbilərin sayına görə ilk 15 ölkə arasında Almaniya 2 839 nəfərlə 14-cü, Böyük Britaniya isə 2 325 nəfərlə 15-ci yerdə qərarlaşıb.

Bununla yanaşı, cari ilin ilk səkkiz ayında Azərbaycana gələn əcnəbilərin ümumi sayı 1,585 milyon nəfər təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 1,72 milyon nəfərlə müqayisədə 8 faiz azdır.

Qeyd edək ki, 2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 5,28 faiz artaraq 112 446 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir