Azərbaycanda hava şəraiti yağıntılı və küləkli keçir. Ölkənin bir sıra ərazilərində intensiv leysan yağışları müşahidə olunur, bəzi yerlərdə isə şimşək çaxır.
Xəbər Yerində xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yüksək dağlıq ərazilərdə hava şəraiti qar yağması ilə müşayiət olunur. Qrız, Xınalıq, Qusar və Şahdağda qar qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı düşüb. Bu göstərici aylıq normanın 110 faizinə bərabərdir.
Rayonlar üzrə ən çox yağıntı Qəbələdə qeydə alınıb. Burada 72 mm yağış yağıb ki, bu da aylıq normanın 57 faizidir. Lənkəranda 56 mm (22 faiz), Sarıbaşda (Qax) 50 mm (41 faiz), Oğuzda 41 mm (41 faiz), Xaltanda 37 mm (76 faiz), Kişçayda (Şəki) 36 mm (41 faiz), Şahdağda 33 mm (52 faiz), Astarada 29 mm, Qusarda 28 mm (44 faiz), Xınalıqda 27 mm (42 faiz), Zaqatalada 27 mm (27 faiz), Sabirabadda 25 mm (61 faiz), Xızıda 25 mm (44 faiz), Qrızda 22 mm (45 faiz) yağıntı qeydə alınıb.
Bundan başqa, Balakəndə 19 mm, Yardımlı və Göyçayda 14 mm, Qobustanda 12 mm, İsmayıllıda 11 mm, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm yağıntı düşüb.
Bəzi ərazilərdə küləyin sürəti də artıb. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda isə 20 m/s-dək yüksəlib.
Xidmətin digər məlumatında bildirilib ki, ölkə ərazisinin əksər hissəsində yağıntılı hava şəraiti hələ də davam edir. Bəzi yerlərdə yağış leysan xarakteri daşıyır.
Bakıda və Abşeron yarımadasında, həmçinin Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab və Naftalanda fasilələrlə yağış yağır.
Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində isə yağıntı qar şəklində düşür.

