Azərbaycanda itkin kimi axtarılan 8 nəfər polis əməkdaşları tərəfindən tapılıb.
Xəbər Yerində DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 8 nəfərin yeri müəyyənləşdirilib.
Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd olunub ki, bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

