Azərbaycanda yeni müəssisə – 1 milyard manatdan çox əlavə dəyər gözlənilir

Azərbaycanda yeni müəssisə – 1 milyard manatdan çox əlavə dəyər gözlənilir

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, deputat Vüqar Bayramov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə özəl sektorun istehsala daha geniş şəkildə cəlb edilməsinin əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini bildirib.

Deputatın sözlərinə görə, yeni Dövlət Proqramı çərçivəsində özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olacaq yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması nəzərdə tutulur.

Mədənçıxarma sahəsində özəl müəssisələrin sayı artır

Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycanda mədənçıxarma sənayesi üzrə 427 müəssisə fəaliyyət göstərir.

Onlardan 406-sı özəl sektora, 21-i isə dövlətə məxsus müəssisələrdir.

Deputat bildirib ki, son 5 il ərzində mədənçıxarma sənayesində fəaliyyət göstərən özəl müəssisələrin sayı təxminən 30 faiz artıb.

Onun sözlərinə görə, bu göstərici sahibkarların dağ-mədən sektoruna marağının artdığını göstərir.

Yeni proqram istehsalın artmasına təsir göstərəcək

Vüqar Bayramovun sözlərinə görə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində dağ-mədən və metallurgiya sənayesinə daha çox özəl şirkətin cəlb edilməsi və istehsal həcmlərinin artırılması gözlənilir.

Deputat qeyd edib ki, proqramın icrası sahənin əsas iqtisadi göstəricilərinə də təsir göstərə bilər.

Belə ki, yeni Dövlət Proqramı çərçivəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.

İş adamları üçün yeni imkanlar yaranacaq

Deputatın fikrincə, proqramın həyata keçirilməsi sahibkarlar üçün dağ-mədən və metallurgiya sahəsində yeni investisiya və biznes imkanlarının formalaşmasına şərait yarada bilər.

O bildirib ki, özəl sektorun geniş şəkildə prosesə qoşulması yeni istehsal sahələrinin yaranması ilə yanaşı, əlavə iş yerlərinin açılmasına da imkan verə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir