Təyyarə qəzasında yaxınlarını itirmişdi – İndi qadın qətlində şübhəli bilinir

Təyyarə qəzasında yaxınlarını itirmişdi – İndi qadın qətlində şübhəli bilinir

Xəbər Yerində “Bizim.Media”ya istinadən xəbər verir ki, sentyabrın 23-də saat 15 radələrində Qusar rayonunun Əvəcuğ-Xürəl kəndlərinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.

Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənova olduğu müəyyənləşdirilib.

Bədənində bıçaq xəsarətləri aşkarlanıb

Meyitə baxış zamanı qadının bədənində bıçaqla yetirildiyi ehtimal olunan kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

İstintaq zamanı müəyyən olunub ki, hadisə Qusarda deyil, sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib.

Əldə olunan məlumata görə, Qusar rayonunun Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi münasibətdə olduğu S.Həsənovaya qısqanclıq zəminində bıçaqla xəsarətlər yetirib və qadın həyatını itirib.

Meyiti avtomobillə Qusara aparıb

İlkin araşdırmaya əsasən, K.Seyidov daha sonra qadının meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə Qusar rayonunun meşəlik ərazisinə aparıb.

Sözügedən avtomobilin dövlət qeydiyyat nişanı 77-NY-316-dır.

Kamran Seyidov saxlanılıb. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Kamran Seyidovlə bağlı daha bir detal

Məlumata görə, qadının qətlində şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasında həyatını itirən Qusar sakinləri – 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır.

Qeyd olunur ki, Kamran Seyidov həmin təyyarə qəzasında ölən yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edib və kompensasiyanın ona ödənilməsini tələb edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir