Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək

Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla münasibətlərin dinamik inkişaf etdiyini və əlaqələrin daha da genişlənəcəyini bildirib.

O qeyd edib ki, iki ölkə arasında energetika, iqtisadiyyat, hərbi əməkdaşlıq, nəqliyyat və logistika sahələrində mühüm planlar mövcuddur.

Kobaxidzenin sözlərinə görə, tərəflər ticarət, elm, mədəniyyət və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Baş nazir Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın, eləcə də xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir