Xəbər Yerində Globalinfo.az-a istinadən xəbər verir ki, oktyabrın 2-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bununla yanaşı, axşam saatlarından etibarən bəzi ərazilərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar düşüb.
Ən çox yağıntı Balakəndə qeydə alınıb
Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6 mm olub.
Gədəbəy, Ordubad və Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar və Daşkəsəndə 3, Şərur, Sədərək, Quba və Şahdağda 2 mm yağıntı qeydə alınıb.
Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı və Lənkəranda isə 1 mm yağıntı düşüb.

