Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.
Mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.
Zelenski azərbaycanlının öldüyünü açıqlamışdı
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının da olduğunu bildirmişdi.



