Putinin təyyarəsi Moskvaya enə bilmədi – Sankt-Peterburqa yönləndirildi

Putinin təyyarəsi Moskvaya enə bilmədi – Sankt-Peterburqa yönləndirildi

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkvəzifəli şəxsləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməyib.

Təyyarələrdən biri təcili olaraq Sankt-Peterburq istiqamətinə yönləndirilib.

“Flightradar24” xidmətinin məlumatına görə, Rusiya rəhbərliyini daşıyan bir neçə təyyarə Moskva ətrafında dövrə vurub və eniş üçün marşrutlarını dəyişib. Onlardan üçü oktyabrın 9-da Vladimir Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdırmış.

Məlumata görə, söhbət nüvə müharibəsi şəraitində belə dövlət və ordunun idarə olunmasına imkan verən xüsusi rabitə sistemləri ilə təchiz edilmiş, “Qiyamət günü təyyarələri” adlandırılan İl-96-300PU təyyarələrindən gedir. Putinin konkret olaraq hansı təyyarədə olduğu isə açıqlanmayıb.

Bir təyyarə Sankt-Peterburqa göndərildi

Əlavə manevrlərdən sonra RA-96020 və RA-96022 bort nömrəli iki təyyarə “Vnukovo” hava limanına enə bilib.

Üçüncü “Qiyamət günü təyyarəsi” – RA-96025 isə Moskvada eniş edə bilməyərək Sankt-Peterburqun “Pulkovo” hava limanına yönləndirilib.

Bundan başqa, Türkmənistandan gələn və içərisində Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu ehtimal edilən İl-96-300 (RA-96018) sərnişin təyyarəsi də Moskvaya enmək üçün havada manevrlərini davam etdirib.

Hadisənin Ukrayna PUA-larının Moskva istiqamətində hücumu ilə əlaqəli olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir