Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb.
Məlumata görə, sözügedən alış iyunun 30-da həyata keçirilib. Bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, alınan əmlak Manhettenin Çelsi rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya obyektindən ibarətdir. Obyektlərin ümumi sahəsi 434,6 kvadratmetrdir.
Əmlakın Məlahət Əsgərovanın sahibi olduğu “MRCRI Prop” LLC şirkəti vasitəsilə əldə edildiyi qeyd olunur. Satıcı tərəf isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC şirkətidir.
Cavanşir Həsənlinin sözlərinə görə, obyektlərin biznes məqsədilə, ehtimal ki, “Gazelli Art House” üçün alınması nəzərdə tutulub.

