“AzerGold” Qırğızıstanda qızıl mədəninə və zavoda baş çəkdi-FOTO

“AzerGold” Qırğızıstanda qızıl mədəninə və zavoda baş çəkdi-FOTO

Xəbər Yerində xəbər verir ki, “AzerGold” QSC-nin nümayəndə heyəti Qırğızıstana işgüzar səfəri çərçivəsində “Altynken” qızıl mədənində və “Kyrgyzaltyn” şirkətinin Kara-Baltada yerləşən affinaj zavodunda olub.

Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Altynken” mədənində istehsalat infrastrukturu, qızıl hasilatı və filizin emalı prosesləri ilə tanış olub. Səfər zamanı istifadə olunan texnologiyalar, texniki həllər və sənaye təhlükəsizliyi standartları barədə məlumat verilib.

Tərəflər qızıl hasilatı və emalı sahəsində təcrübə mübadiləsi aparıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nümayəndə heyəti daha sonra Kara-Balta şəhərindəki affinaj zavoduna baş çəkib. Burada qızılın emalı, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, istehsalat təhlükəsizliyi və ekoloji tələblər barədə məlumat alıblar.

Qonaqlar qızıl külçələrin hazırlandığı sahəyə də baxış keçirərək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar.

Səfər zamanı qızıl sənayesində qabaqcıl texnologiyaların tətbiqi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Qeyd edək ki, səfər “AzerGold” və “Kyrgyzaltyn” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir