“Azeri Light” bir ayın ən yüksək qiymətinə çatdı

“Azeri Light” bir ayın ən yüksək qiymətinə çatdı

“Azeri Light”ın bir barelinin dəyəri bir gündə 5 faizdən çox artıb

Dünya birjalarında Azərbaycan neftinin qiymətində növbəti bahalaşma qeydə alınıb.

Xəbər Yerində xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 4,72 dollar bahalaşaraq 97,61 ABŞ dollarına çatıb. Bu, əvvəlki göstərici ilə müqayisədə 5,08 faiz artım deməkdir.

Ötən ticarət sessiyasında Azərbaycan neftinin bir bareli 92,89 dollara satılıb.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən Azərbaycanın neftinin orta qiyməti bir barel üçün 65 dollar hesablanıb. Hazırkı qiymət isə büdcədə nəzərdə tutulan göstəricidən 32,61 dollar yüksəkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir