Xəbər Yerində xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.
“Azeri Light” markalı neftin (CIF) bir barelinin qiyməti 5,14 dollar və ya 4,75 faiz artaraq 113,32 ABŞ dollarına çatıb.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 108,18 dollara satılıb.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin orta illik qiyməti 65 dollar hesablanıb.

