Xəbər Yerində xəbər verir ki, Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakıda anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşdırılmasında mühüm xidmətləri olan hərbçilərdən biri kimi tanınıb.
İlk sərhədçi general
İsgəndər Allahverdiyev 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.
Həmin ildən milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə bu vəzifədə Azərbaycanın milli sərhəd xidmətinin formalaşmasında iştirak edib.
Mənbə: Bakuws

