Azərbaycanın tanınmış şairi və ssenaristi vəfat etdi

Azərbaycanın tanınmış şairi və ssenaristi vəfat etdi

Xəbər Yerində xəbər verir ki, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair, ssenarist və tərcüməçi Alla Axundova vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.

1939-cu ildə Moskvada anadan olan Alla Axundova Maksim Qorki adına Ədəbiyyat İnstitutunu və Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib.

O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1988-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.

Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib.

1970-ci illərdə rus tənqidçisi Stanislav Lesnovski onu SSRİ-də müasir qadın poeziyasının üç əsas nümayəndəsindən biri kimi qiymətləndirib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir