Bərdədə qonaqlıqdan sonra qanlı hadisə: 26 yaşlı gənc öldürüldü

Bərdədə qonaqlıqdan sonra qanlı hadisə: 26 yaşlı gənc öldürüldü

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdənin Molla Əhmədli kəndində qətl hadisəsi baş verib.

Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaq xəsarəti alaraq həyatını itirib.

Mübahisə qonaqlıqda başlayıb

İlkin məlumata görə, Elnur Rüstəmov tanışı, 1996-cı il təvəllüdlü Cavad Hüseynovla birlikdə qonaqlıqda olub.

Yemək yeyib spirtli içki qəbul etdikləri vaxt tərəflər arasında mübahisə yaranıb. Daha sonra başlayan mübahisə Cavad Hüseynovun yaşadığı evin qarşısında davam edib.

Elnur ürəyindən bıçaqlanıb

Mübahisənin gedişində Cavad Hüseynovun Elnur Rüstəmovu ürək nahiyəsindən bıçaqladığı bildirilir.

Ağır xəsarət alan Elnur Rüstəmov hadisə yerində dünyasını dəyişib.

Şübhəli şəxs saxlanılıb

Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, şəxsin qəsdən öldürülməsi faktı üzrə cinayət işi başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir