Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” fərmanda dəyişiklik edib.
Xəbər Yerində Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Bakı Metropoliteninin fəaliyyət istiqamətləri genişləndirilir
Fərmana əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlərin göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin artırılmasını təmin edəcək.
Bundan əlavə, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur.
Qurum həmçinin sərnişin kanat yollarının layihələndirilməsi və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

