Hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında sürət həddi aşağı salınıb, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda paytaxtın bir sıra ərazilərində yağışlı hava şəraiti müşahidə olunur.
Bu səbəbdən Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saat müəyyən edilib.
Heydər Əliyev prospektindən Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Sürücülərə xəbərdarlıq
NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib. Həmçinin bütün tablolarda “sürüşkən yol” işarəsi yerləşdirilib.
Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri və yağışlı hava şəraitində daha diqqətli olmaları xahiş olunur.

