Xəbər Yerində xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin iştirakı ilə Bakıda, Sərhədçi İdman Kompleksində əmək yarmarkası təşkil olunub.
Yarmarkada 150 müəssisə təmsil olunur. İşaxtaranlar üçün 1000-dən çox vakansiya təqdim edilib.
Tədbir işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqənin qurulması və vətəndaşların mövcud məşğulluq imkanları ilə tanış olması məqsədi daşıyır.

