Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında bıçaqlanaraq öldürüldü

Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında bıçaqlanaraq öldürüldü

Xəbər Yerində “Bakupost”a istinadən xəbər verir ki, ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.

Hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

18 yaşlı oğlan hadisə yerində ölüb

TƏBİB-in məlumatına görə, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən bir nəfərin – kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Şübhəli şəxs saxlanılıb

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q. Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir