Bakıda 2 yaşlı autizmli uşağa qarşı zorakılıq: İşçi kameradan kənara çəkib döydü

Bakıda 2 yaşlı autizmli uşağa qarşı zorakılıq: İşçi kameradan kənara çəkib döydü

Bakıda yerləşən “Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq törədildiyi iddia olunur.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, uşağın valideynləri hadisə barədə “Baku.es”ə məlumat veriblər.

Valideynlərin sözlərinə görə, inkişafı və reabilitasiyası üçün etibar etdikləri mərkəzdə azyaşlı zorakılığa məruz qalıb. Şikayətçi hadisəni əks etdirən təhlükəsizlik kamerası görüntülərini də təqdim edib.

Görüntülərdə müəssisənin əməkdaşının uşağı kameranın əhatə dairəsindən kənara çəkərək baş və üz nahiyəsindən vurduğu görünür.

Mərkəzdən açıqlama

“Brain Academy”dən bildirilib ki, hazırda hadisəyə hüquqi qiymət verilməsi gözlənilir. Qeyd olunub ki, daxili araşdırmanın nəticələrinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib. Həmçinin onların işdən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

Cinayət işi başlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, autizm spektrli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir