Bakıda arvadını tava ilə döyən kişi həbs edildi

Bakıda arvadını tava ilə döyən kişi həbs edildi

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda həyat yoldaşını döyərək ona çoxsaylı xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.

1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 127-ci və 133-cü maddələri ilə təqsirli bilinib.

O, qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə əməllərində ittiham olunub.

Pul vermədi, iş yoldaşının ad gününə getdi

Məlumata görə, İsa əvvəllər ailəli olub və boşanıb. Daha sonra Nəzrin adlı qadınla tanış olub və onlar təxminən 2 il birgə ailə kimi yaşayıblar.

Sonradan cütlüyün münasibətləri pozulub.

İstintaq zamanı müəyyən edilib ki, Nəzrinin ona pul verməməsi, icazəsi olmadan iş yoldaşının ad gününə getməsi və digər səbəblər İsanın ona qarşı zorakılıq törətməsinə səbəb olub.

İsa müxtəlif vaxtlarda Nəzrini döyüb və dişləyərək xəsarətlər yetirib.

Sonuncu mübahisə zamanı isə o, qadına tava ilə ardıcıl zərbələr endirib.

Qadın çoxsaylı xəsarətlər alıb

Nəticədə Nəzrinin bədəninin müxtəlif nahiyələrində qançırlar, qansızmalar, sınıqlar və sıyrıqlar daxil olmaqla çoxsaylı xəsarətlər yaranıb.

1 il 8 ay həbs cəzası

Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir