Bakıda aylıq normadan 5 dəfədən çox yağış yağdı

Bakıda aylıq normadan 5 dəfədən çox yağış yağdı

Xəbər Yerində xəbər verir ki, Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin bəzi ərazilərində qeyri-sabit və yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağış leysan xarakterli və intensiv olub.

Bakıda və Abşeron yarımadasında 18-22 millimetr yağıntı düşüb. Bu göstərici aylıq normanın 300-524 faizini təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysanla yanaşı xırda dənəli dolu da müşahidə olunub.

Rayonlarda ən çox yağıntı Şahdağda qeydə alınıb – 51 millimetr. Bu, aylıq normanın 151 faizinə bərabərdir. Qusarda 28, Qəbələdə 18, Xızı, Xaltan və Şabranda 14, Qrızda 13, Xınalıq və Ağstafada 10 millimetr yağıntı düşüb.

Lerik və Oğuzda 8, Zaqatala, Qax, Şəki və Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara və Yardımlıda 3 millimetr yağıntı qeydə alınıb.

Digər bəzi rayonlarda isə yağıntının miqdarı 1-2 millimetr arasında olub.

Hava şəraiti küləksiz də keçməyib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada saniyədə 20 metrə, Bakıda, Abşeron yarımadasında və Şirvanda 18, Culfada isə 17 metrə çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir