Xəbər Yerində xəbər verir ki, noyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağıntının intensiv olacağı ehtimal edilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda temperatur 14 dərəcəyədək yüksələcək
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-12, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqinin 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 70-80 faiz təşkil edəcəyi bildirilir.
Bölgələrdə şimşək, dolu və qar ehtimalı var
Azərbaycanın bəzi rayonlarında da arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə ayrı-ayrı ərazilərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 7-11, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 2-6 dərəcə isti olacaq.

