Bakıda dövlət qurumlarında iş qrafiki dəyişir

Bakıda dövlət qurumlarında iş qrafiki dəyişir

Bakı və ətraf ərazilərdə yerləşən bir sıra dövlət qurumlarında sentyabrın 15-dən etibarən 2 ay müddətinə dəyişkən iş qrafiki sınaqdan keçiriləcək.

Sınaq çərçivəsində işçilər üç fərqli rejim üzrə çalışacaqlar: 08:00–17:00, 09:00–18:00 və 09:30–18:30. Hər rejimdə əməkdaşların ən azı 30 faizinin olması təmin ediləcək.

Bu müddətdə nəqliyyat sıxlığının dəyişməsi qiymətləndiriləcək və sınağın nəticələri əsasında iş rejiminin gələcək təşkili ilə bağlı təkliflər hazırlanacaq.

Dəyişiklik dövlət orqanları, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərə şamil olunur.

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiqi Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər Dövlət Proqramında nəzərdə tutulan tapşırıq əsasında həyata keçirilir.

Mənbə: Apa.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir