Bakıda kafedə kütləvi dava: Bir nəfər öldürüldü – VİDEO

Bakıda kafedə kütləvi dava: Bir nəfər öldürüldü – VİDEO

Bakıda kafelərin birində qanlı dava baş verib. Mübahisə bıçaqlı hücumla nəticələnib, bir nəfər həyatını itirib.

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Məlumata görə, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra iştirakçılar bir-birinə bıçaqla hücum ediblər.

Nəticədə, Ceyhun adlı şəxs öldürülüb. Onun “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Hadisə anının görüntülərini təqdim edirik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir