Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Humanitar Kollecində tələbələr arasında baş verən mübahisə qanlı hadisə ilə nəticələnib.
Hadisə kollecin “Gənclik korpusu”nun həyətində qeydə alınıb. İlkin məlumata görə, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
17 yaşlı şübhəli saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

