Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.
Bildirilib ki, federasiyanın təqvim planına uyğun keçiriləcək ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Bir gün davam edəcək turnirdə idmançılar üç fərqli kateqoriya üzrə mübarizə aparacaqlar. Belə ki, iştirakçılar 70-80, 100-115 və 125-130 santimetr hündürlüyündəki maneələri qüsursuz dəf etməyə çalışacaqlar.
Yarışın sonunda qaliblər kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.

