Bakıda konsert verəcək Blok3-ə ağır cəza

Bakıda konsert verəcək Blok3-ə ağır cəza

Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, Türkiyəli reper Blok3 ləqəbi ilə tanınan Hakan Aydının spirtli içki qəbul etdikdən və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün aldığı cəza müəyyənləşib.

Sənətçi İstanbulun Ataşehir rayonunda keçirilən yol yoxlaması zamanı saxlanılıb. Yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.

Blok3-ə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 23 min 437 türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunub. Onun idarə etdiyi avtomobil də yol hərəkətindən kənarlaşdırılıb.

Bundan əlavə, reper barəsində “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə araşdırma başladılıb.

Həbs cəzası cərimə ilə əvəzlənib

Spirtin miqdarının yüksək olması nəzərə alınaraq Blok3-ə ilkin olaraq 8 ay müddətinə həbs cəzası təyin edilib.

Daha sonra xüsusi məhkəmə proseduruna əsasən cəzaya yarı nisbətində güzəşt tətbiq olunub və həbs müddəti 4 aya endirilib.

Reperin əvvəl məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.

Qeyd edək ki, Blok3-ün noyabrın 7-də Bakıda konserti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir