Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb və həyatını itirib.
“Xəbər Yerində” xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 9-cu sinif şagirdi dünyasını dəyişib.
Hadisə zamanı öldürülən şagird A. Abbasovun (ad soyad şərtidir) qardaşı da yanında olub. Onların əslən Masallı rayonundan olduğu bildirilir. Şahidlərin sözlərinə görə, yaralını xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.



