Toy yasa döndü: 32 yaşlı kişi bıçaqlanaraq öldü

Toy yasa döndü: 32 yaşlı kişi bıçaqlanaraq öldü

Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib.

“Xəbər Yerində” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib.

1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüyü bildirilir.

Ağır vəziyyətdə olan C.Nəzərli təcili tibbi yardım maşını ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, bir neçə gün komada qalıb.

Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. C.Nəzərli bu gün xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir