Bakıda Türk Dünyası Araşdırmaları Akademiyasının mərkəzi ofisi açıldı-FOTO

Bakıda Türk Dünyası Araşdırmaları Akademiyasının mərkəzi ofisi açıldı-FOTO

Xəbər Yerində xəbər verir ki, Bakıda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mərkəzi ofisinin açılışı keçirilib.

Sentyabrın 11-də Azadlıq prospektində baş tutan mərasimdə Milli Məclisin deputatları, alimlər, professorlar, generallar, elm və mədəniyyət nümayəndələri, iş adamları və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Rafael Hüseynov Akademiyanın yaradılmasının türk xalqlarının ortaq elmi, tarixi və mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Türk Dünyası Elmi Araşdırmalar Mərkəzinin direktoru, professor Elçin İskəndərzadə isə ortaq elmi layihələrin həyata keçirilməsinin və türk xalqları arasında akademik əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb.

Mərasim çərçivəsində tanınmış şair Rüstəm Behrudinin “Qızıl alma” kitabının təqdimatı da keçirilib.

Tədbirdə Minera Şirkətlər Qrupunun təsisçisi Xudaqulu Rzayev və plastik cərrah, professor Vaqif Qələndərli mükafat və medallarla təltif ediliblər.

Çıxışlarda Akademiyanın türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti və elmi irsinin araşdırılmasına, eləcə də alimlər arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir