Bakıda yağış güclənəcək, rayonlarda dolu və qar yağacaq

Bakıda yağış güclənəcək, rayonlarda dolu və qar yağacaq

“Xəbər Yerində” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Bakıda, Abşeron yarımadasında və ölkənin rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Bakıda yağış güclənəcək

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Oktyabrın 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal edilir. Oktyabrın 7-si gecə və səhər saatlarında isə yağıntıların bir qədər intensivləşəcəyi gözlənilir.

Rayonlarda dolu və qar yağacaq

Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Qeyd olunub ki, oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sel və daşqın təhlükəsi

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir.

Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, həmçinin Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir