Bakıda yaşayış binasının liftləri dayandırıldı-FOTO+VİDEO

Bakıda yaşayış binasının liftləri dayandırıldı-FOTO+VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Bakıda çoxmərtəbəli yaşayış binasında aparılan yoxlama zamanı təhlükəli vəziyyət aşkarlayıb.

Xəbəryerinde Narizliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Agentliyin müfəttişləri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 55A ünvanında yerləşən “Çarbağ” MMC-yə məxsus yaşayış binasının liftlərini plan üzrə yoxlayıblar.

Yoxlama zamanı liftlərin təhlükəsizlik tələblərinə cavab vermədiyi və insan həyatı ilə sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edilib.

Aşkarlanan pozuntular nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb. FHN tərəfindən təhlükəsizlik qaydalarının pozulmasının aradan qaldırılması üçün “Çarbağ” MMC qarşısında tələb qoyulub.

Bildirilib ki, yalnız bütün texniki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra liftlərin yenidən istismarına icazə veriləcək. Həmçinin müəssisə rəhbərliyinə qaydalara əməl olunmadan liftlərin istifadəsi nəticəsində baş verə biləcək qəza və bədbəxt hadisələrə görə hüquqi məsuliyyət daşıdığı izah edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir