“BakuBus” autizmli uşaqla bağlı insidentə görə üzr istədi-VİDEO

“BakuBus” autizmli uşaqla bağlı insidentə görə üzr istədi-VİDEO

Bakıda fəaliyyət göstərən 211 nömrəli marşrut avtobusunda sürücü ilə qadın sərnişin arasında yaşanan insidentlə bağlı “BakuBus” MMC açıqlama verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadın autizmli övladına məxsus skuteri avtobusla aparmaq istədiyini, sürücünün isə bunun qaydalara zidd olduğunu bildirərək onları nəqliyyat vasitəsinə buraxmadığını deyib.

Məsələ ilə bağlı sorğuya cavab verən “BakuBus” MMC bildirib ki, hadisə araşdırılıb və avtobus sürücüsü tərəfindən uşaq skuterinin daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.

Qurumun açıqlamasında qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, sərnişin ölçüləri 60×40×20 santimetrədək, çəkisi isə 20 kiloqramdan artıq olmayan bir ədəd əl yükünü, eləcə də uşaq arabasını əlavə ödəniş etmədən avtobusda daşımaq hüququna malikdir.

“BakuBus” baş vermiş anlaşılmazlığa görə sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyib. Bildirilib ki, hadisə ilə bağlı sürücü barəsində intizam tədbiri görüləcək, eyni zamanda oxşar halların təkrarlanmaması üçün bütün sürücülərə mövcud qaydalarla bağlı əlavə təlimat keçiriləcək.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir