“Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” axtarılır: Ayda 10 min dollar maaş

“Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” axtarılır: Ayda 10 min dollar maaş

Dünyaca məşhur reper Snoop Dogg tərəfindən yaradılan dondurma brendi qeyri-adi vakansiya elan edib.

Xəbər Yerində xəbər verir ki, şirkət dünyanın müxtəlif ölkələrindən namizədlərin müraciət edə biləcəyi “Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” vəzifəsi üzrə əməkdaş axtarır.

Seçiləcək şəxs üç aylıq müqavilə əsasında ayda 10 min dollar maaş alacaq. Vakansiya üçün peşəkar aşpazlıq və ya qastronomiya sahəsində təcrübə tələb olunmur.

İş tamamilə uzaqdan həyata keçiriləcək. Ekspertin əsas vəzifəsi brendin müxtəlif dondurma məhsullarını dadmaq və onların dadı, keyfiyyəti və yeni trendlərə uyğunluğu barədə komandaya rəy bildirmək olacaq.

Bundan başqa, əməkdaşdan yeni dadlar, istehlakçı seçimləri və gələcək məhsul ideyaları ilə bağlı təkliflər verməsi gözlənilir.

Seçilən namizəd şirkət komandası ilə mütəmadi görüşlərdə iştirak etməli, zərurət yarandıqda isə işlə bağlı səfərlərə də qoşulmalıdır.

Müraciətlər avqustun 27-dən başlayıb və namizədlərin ərizə göndərməsi üçün üç həftə vaxt verilib.

Beləliklə, seçilən şəxs cəmi üç ay ərzində 30 min dollar qazanaraq dondurma dadacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir