Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev bir neçə rayon və şəhərin icra hakimiyyətinə yeni rəhbərlərin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Yeni təyinatlar
Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

