Xəbər Yerində xəbər verir ki, Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib.
Hadisə zamanı 1979-cu il təvəllüdlü Bakı sakini Bəxtiyar Bayramovun idarə etdiyi avtomobil keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

