Bərdə rayonunda fəaliyyət göstərən restoranda baş verən mübahisə məhkəməlik olub.
Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Qızıl balıq” restoranında baş verib.
Müğənniyə görə restorana gəlib
Məlumata görə, restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı qadın Yalçın adlı şəxslə münasibətdə olub. Yalçın da Yeganəyə görə restorana gələrək onunla maraqlanıb.
Bir müddət sonra Yalçın yenidən restorana gəlib. Bu zaman Yeganənin müştərilər qarşısında mahnı oxuduğunu görüb və ona iradını bildirib.
Yalçının restoranda səs-küy saldığını görən administrator Rafil Əhmədov (soyad şərtidir – red.) ona yaxınlaşaraq müştəriləri narahat etməməsini istəyib.
Mübahisə davaya çevrilib
Yalçın daha sonra da səs-küy salaraq restoranın normal fəaliyyətinə mane olub. Bundan sonra Rafil Əhmədov onu restorandan çıxarıb.
Hadisədən iki gün sonra Yalçın yenidən restorana gəlib və Rafil Əhmədovla mübahisə edib.
Mübahisə zamanı tərəflər arasında dava düşüb. Nəticədə Rafil Yalçına baş zərbəsi endirib və onun burnunu sındırıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və Rafil Əhmədov saxlanılıb.
Administratora 3 il həbs cəzası verilib
Faktla bağlı cinayət işi başlanılıb və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə R.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

