Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, qəza rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.
Qəza nəticəsində Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızı ağır xəsarətlər alıb.
Yaralı piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Bakuws

